satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi keçirilib - YENİLƏNİB

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi keçirilib<font color='red'> - YENİLƏNİB</font>

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Naxçıvan televiziyası xəbər verir ki, məhkəməyə Tofiq Həsənov video-konfrans vasitəsilə qatılıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilib.

Məhkəmədə şahidlər dindirilib. Onlar işə düzəlmək üçün Pentensiar Xidmətə pul verdiklərini bildiriblər.

Məhkəmə 12 yanvar 2024-cü il saat 12:00-dək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

*****

10:18

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, məhkəməyə Tofiq Həsənov video-konfrans vasitəsilə qatılıb.

Qeyd edək ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.

Məhkəmədə şahidlər dindirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM