satellite   Azerspace-1: 11135 H 30000

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Azərbaycanda dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda qeyd olunub.

XRİTDX tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM