satellite   Azerspace-1: 11135 H 30000

İrandan sosial şəbəkələr vasitəsilə narkotik sifariş etməkdə şübhəli bilinən şəxs saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Bu barədə Naxçıvan televiziyası-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Masallı rayon sakini Mircəlal Əkbərli saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Əkbərli şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri Xırdalan şəhərində satmaq məqsədi ilə qəbul edib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM