Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Adil Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.
Naxçıvan televiziyası xəbər verir ki, Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sürücü ölüb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.
