satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb

Naxçıvanda yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb

Naxçıvan şəhərində üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, şəhərin mərkəzi küçəsində baş verən hadisədə iki avtomobil toqquşub.

Nəticədə Naxçıvan şəhər sakinləri 1947-ci il təvəllüdlü Süleymanova Tamara Süleyman qızı, 1972-ci il təvəllüdlü Əliyeva Leyla Qərib qızı və 1983-cü il təvəllüdlü Qurbanova Jalə Qərib qızı xəsarət alıblar. Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM