satellite   Azerspace-1: 11135 H 30000

Novruz bayramının ilk çərşənbəsi fevralın 27-də olacaq

Novruz bayramının ilk çərşənbəsi fevralın 27-də olacaq

Azərbaycanda Novruz bayramının ilk Su çərşənbəsi fevralın 27-də olacaq.

Bu barədə Naxçıvan televiziyası-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu Torpaq çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda Yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM