satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

Baş prokurorluğun Mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM