satellite   Azerspace-1: 11135 H 30000

TƏBİB: Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar 50-yə qədər pasiyentin təxliyəsi reallaşıb - FOTOLAR

TƏBİB: Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar 50-yə qədər pasiyentin təxliyəsi reallaşıb<font color=red> - FOTOLAR</font> TƏBİB: Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar 50-yə qədər pasiyentin təxliyəsi reallaşıb<font color=red> - FOTOLAR</font>

Yanvarın 9-da saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

TƏBİB-dən Naxçıvan televiziyası-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.

Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunur. İndiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM