satellite   Azerspace-1: 11135 H 30000

Perinatal Mərkəzdəki yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir

Perinatal Mərkəzdəki yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir

Respublika Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub, vəziyyətləri nəzarətdədir

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyyə edilənlərin son durumu haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 60 uşaq TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub: "Həmin uşaqların yanıq xəsarətləri yoxdur. Perinatal Mərkəzdə müalicə alanlar vaxtından öncə doğulan və ya yanaşı patalogiyası olan uşaqlardır. Onlarda təxliyə ilə bağlı hansısa ağırlaşma baş verməyib. Uşaqların durumu tam nəzarətdədir. Onların müalicələri davam etdirilir".

Qeyd edək ki, Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM