satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib - YENİLƏNİB - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvanda seçki hüquqlarının  pozulmasına dair  mübahisələrin  məhkəmə  qaydasında  həlli mövzusunda  seminar-müşavirə  keçirilib.

Naxçıvan Regional Asan Xidmət Mərkəzində  keçirilən seminar-müşavirə  Azərbaycan Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi  ilə birgə  layihəsi əsasında təşkil olunub. Seminarda  region üzrə dairə seçki  komissiyalarının sədrləri iştirak edib.

Azərbaycan  Respublikası  Mərkəzi Seçki  Komissiyasının  üzvü  Ramiz  İbrahimov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən  regionlarda və Naxçıvanda keçirilən bu maarifləndirmə tədbirləri seçkilərdə öz müsbət təsirini göstərəcək.

Seminarda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin  hakimi Əli Allahverdiyev, Mərkəzi  Seçki  Komisiyası Katibliyinin Hüquq Şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli   çıxış ediblər.

Qeyd edək ki, seminarda Azərbaycan Respublikası Prezident seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi, təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat təqdimatı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM