satellite   Azerspace-1: 11135 H 30000

Viktor Orban: Avropa İttifaqında demokratiya “defisiti” var

Viktor Orban: Avropa İttifaqında demokratiya “defisiti” var

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqında (Aİ) demokratiya “defisiti”nin mövcud olduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, Brüsseldə fermerlərin yığıncağında deyib.

Baş nazir problemin həlli yolunu Avropa Parlamentinə seçkilər zamanı rəhbərliyin dəyişməsində görür.

“Bu, Avropanın səhvidir, liderlər xalqın səsini ciddiyə almırlar. Həmçinin bu, bir nömrəli problemdir. Biz istər miqrasiya, istər müharibə, istər Ukrayna, istər hər hansı mövzu barədə danışırıqsa, liderlər xalqın səsinə qulaq asmalıdırlar. Bu, demokratiya “defisiti”dir”, - deyə Orban yığıncaqda vurğulayıb.

Macarıstanın Baş naziri bildirib ki, bu yaxınlarda Avropa Parlamentinə keçiriləcək seçkilərdə Aİ-də hakimiyyətin dəyişməsinə nail olmaq lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM