satellite   Azerspace-1: 11135 H 30000

Almaniya aeroportlarında tətil yüzlərlə reysin ləğvinə səbəb olub

Almaniya aeroportlarında tətil yüzlərlə reysin ləğvinə səbəb olub

Almaniyanın əksər hava limanlarında təhlükəsizlik işçilərinin tətili səbəbindən yüzlərlə aviareys ləğv edilib.

Naxçıvan televiziyası Associated Press agentliyinə istinadla xəbər verir ki, etirazçılar bütün işçilərin əmək haqlarının artırılmasını və əlavə iş saatları üçün ödənişlərin tətbiqini tələb edir.

“Ver.di” həmkarlar ittifaqı hələ yanvarın 30-da tətil keçirəcəklərini elan edib. Onlar Frankfurt, Berlin, Düsseldorf və Hamburq da daxil olmaqla 11 hava limanının işçilərini tətildə iştirak etməyə çağırıb.

Hava limanlarının operatoru olan ADV kompaniyası təhlükəsizlik işçilərinin tətili səbəbindən təxminən 1,1 min uçuşun ləğv ediləcəyini və ya təxirə salınacağını proqnozlaşdırır.

Bayern və Münhen hava limanlarının təhlükəsizlik işçiləri tətillərdə iştirak etmir.

“Ver.di” həmkarlar ittifaqı, həmçinin ictimai nəqliyyat sektorunda çalışan üzvlərini də tətilə qoşulmağa səsləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM