satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada ölənlərin sayı 27 mini keçib

Qəzzada ölənlərin sayı 27 mini keçib

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 27 mini keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında 27019 fələstinli həlak olub, 66139 fələstinli yaralanıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM