satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan konstitusiya referendumunu şərh edib

Paşinyan konstitusiya referendumunu şərh edib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibə verib.

Naxçıvan televiziyası xəbər verir ki, Baş nazirin mətbuat katibi proqramla bağlı elanı “Facebook” səhifəsində yerləşdirib.

Paşinyan dərc olunan fraqmentdə konstitusiya referendumu barədə danışıb:

“Legitim yanaşma aşağıdakı kimidir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam - bu məqam məhz konstitusiya referendumudur”.

Xatırladaq ki, proqram bu gün saat 19:00-da İctimai Radioda və Paşinyanın şəxsi “Facebook” səhifəsində yayımlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM