satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə fevralın 5-də baxacaq

Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük məsələsinə fevralın 5-də baxacaq

Macarıstan parlamenti İsveçin NATO-ya üzv qəbul olması ilə bağlı iclasını fevralın 5-nə təyin edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumat ölkənin qanunverici orqanının saytında yerləşdirilib. İclas yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Parlamentin yaz sessiyasının fevralın 26-da başlaması nəzərdə tutulurdu. Odur ki, iclas növbədənkənar keçiriləcək. Bundan əvvəl parlamentin spikeri və ölkə hökuməti ratifikasiyaya tələsməyə və deputatları fövqəladə iclasa toplamağa ehtiyac görmədiklərini bildirmişdilər.

Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzvlüyünə qəbul olunmasına razılıq verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM