satellite   Azerspace-1: 11135 H 30000

Kuril adalarında yerləşən Ebeko vulkanı 2 kilometr hündürlüyə kül püskürüb

Kuril adalarında yerləşən Ebeko vulkanı 2 kilometr hündürlüyə kül püskürüb

Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsini qeydə alıblar.

Naxçıvan televiziyası TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, kül dumanı cənub-qərb istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.

Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM