satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib

Şimali Koreya bu həftə yeni zenit raketini və super böyük qanadlı raket döyüş başlığını sınaqdan keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, sınaq fevralın 2-də KXDR-in Raket Elmi üzrə Baş İdarəsi tərəfindən keçirilib və müxtəlif yeni silahların texnologiyalarını inkişaf etdirməyə yönəlib. KCNA vurğulayıb ki, sınaqlar raket elmləri şöbəsinin müntəzəm fəaliyyəti çərçivəsində həyata keçirilib və regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur. “Bu sınaqlar qonşu ölkələrin təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyib”, - deyə bəyanatda vurğulanıb.

Yanvarın 30-da Şimali Koreya “Hvasal-2” strateji qanadlı raketinin təlim buraxılışını reallaşdırıb. KCNA-nın məlumatına görə, yanvarın 28-də ölkə lideri Kim Çen Inın rəhbərliyi altında iki yeni “Pulhvasal-3-31” sualtı qanadlı raketinin uğurlu sınaq buraxılışı baş tutub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM