satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İnstitutu: "Qərbin yardımlarının azalması Ukraynanın özünümüdafiə imkanlarını iflasa uğradacaq"

ABŞ İnstitutu: "Qərbin yardımlarının azalması Ukraynanın özünümüdafiə imkanlarını iflasa uğradacaq"

Qərbin yardımlarında gecikmələr Ukraynanın artilleriya çatışmazlığını daha da gücləndirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bildirib.

Qeyd olunub ki, bu, gələcəkdə Ukraynanın döyüşləri davam etdirməsinə mənfi təsir göstərə bilər: “Qərbin Ukraynaya yardımının azalması Ukraynanın özünü müdafiə etmək və Rusiyaya müqavimət göstərmək imkanlarını iflasa uğradacaq. Ekspertlərin və vəzifəli şəxslərin fikrincə, Avropa ABŞ-nin Ukraynaya əvvəllər verdiyi dəstəyi əvəz etməkdə çətinlik çəkəcək”.

Xatırladaq ki, Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova fevralın 9-da “Bloomberg”ə müsahibəsində demişdi ki, Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib. Onun fikrincə, Ukraynaya dəstəyi davam etdirməyin alternativi yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM