satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə məhkəmə İstanbulda törədilən terror aktı ilə bağlı 48 nəfəri həbs edib

Türkiyədə məhkəmə İstanbulda törədilən terror aktı ilə bağlı 48 nəfəri həbs edib

İstanbul məhkəməsi fevralın 6-da şəhərdə baş verən terror aktı ilə bağlı 48 şübhəlini həbs edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç daha əvvəl bildirmişdi ki, istintaq çərçivəsində 102 nəfər, o cümlədən 96 nəfər terror fəaliyyətində iştirakda şübhəli bilinərək saxlanılıb. İş İstanbul Baş Prokurorluğu tərəfindən araşdırılır.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 6-da İstanbulun Çağlayan rayonunda ədliyyə binasının girişində iki nəfər terror aktı törətməyə cəhd edib. Üçü polis məmuru olmaqla altı nəfər yaralanıb, onlardan biri sonradan dünyasını dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM