satellite   Azerspace-1: 11135 H 30000

Xarkov və Odessaya dron hücumu nəticəsində azı 7 nəfər ölüb

Xarkov və Odessaya dron hücumu nəticəsində azı 7 nəfər ölüb

Fevralın 10-na keçən gecə Rusiya Ukrayna ərazisinə kamikadze dronları ilə hücum edib.

Naxçıvan televiziyası xəbər verir ki, əsas hədəf Xarkov və Odessa şəhərləri olub.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Sinequbov mətbuata açıqlamasında deyib ki, Xarkovda yanacaqdoldurma məntəqəsinə də hücum edilib və bu, genişmiqyaslı yanğına səbəb olub.

Nəticədə 3-ü uşaq olmaqla, 7 nəfər həyatını itirib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə bildirib ki, Dövlət Fövqəladə Hallar Xidməti yaşayış massivindəki yanğını lokallaşdırmağa müvəffəq olub. Lakin 10-dan çox ev yanaraq yararsız hala düşüb.

Rusiya qoşunları fevralın 10-na keçən gecə pilotsuz təyyarələri ilə Odessa bölgəsini də hədəfə alıb.

“Üç hücum dalğası qeydə alınıb. Kamikadze dronları liman infrastrukturuna doğru yönləndirilib. İlk olaraq Odessanın özü və onun infrastrukturu doqquz pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Doqquzunu da məhv edə bildik, lakin liman infrastrukturunda olan dağıntılar obyektə ziyan vurub, bir nəfər yaralanıb”, - deyə Cənubi Ukrayna Müdafiə Qüvvələrinin spikeri Nataliya mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, sonra hadisələr sürətlə inkişaf edib. Rusiya bölgənin cənubuna pilotsuz təyyarələr göndərib. Liman infrastrukturu hücuma məruz qalıb. İlkin məlumatlara görə, üç nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM