satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda qurumuş Aral dənizi yaşıllaşdırılır

Özbəkistanda qurumuş Aral dənizi yaşıllaşdırılır

Qurumuş Aral dənizinin dibinin abadlaşdırılması ilə Özbəkistanın Ekologiya Nazirliyi, Ətraf Mühit və Ekoloji Texnologiyalar Elmi-Tədqiqat İnstitutu, eləcə də “Iveco Group” şirkəti məşğul olur. Ərazinin yaşıl otlaqlara çevrilməsi nəzərdə tutulur.

Naxçıvan televiziyası xarici mediaya istinadla xəbər verir ki, hazırda abadlıq-quruculuq tədbirləri iştirakçılarının birgə səyləri nəticəsində 10 hektar sahədə 10 minə yaxın ting əkilib.

Gələcəkdə səhra zonasında otlaqların yaradılması torpaqların deqradasiyasının qarşısını alacaq və ətraf mühiti yaxşılaşdıracaq. Eyni zamanda, Aral dənizinin dibindən toz qaldıran qum fırtınaları daha az olacaq.

Özbəkistanda Aral dənizinin yerində əmələ gələn Qaraqum səhrasının abadlaşdırılması işləri 2018-ci ildən davam edir. Burada 6 il ərzində 1,73 milyon hektar sahədə kol-kos və ağaclar əkilib. 2024-cü ildə respublika rəhbərliyi 150-200 min hektar səhra ərazisini yaşıllaşdırmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM