satellite   Azerspace-1: 11135 H 30000

Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub

Masazırda mənzildə yanğınla nəticələnən partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Naxçıvan televiziyası -a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onüçmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 46m² olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə zamanı 1 otağın yanar konstruksiyaları yanıb və partlayış dalğasının təsirindən mənzil yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM