satellite   Azerspace-1: 11135 H 30000

Odessanın raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb

Odessanın raket atəşinə tutulması nəticəsində ölən və yaralananların sayı artıb

Odessaya raket hücumu nəticəsində xəsarət alanların sayı 73 nəfərə çatıb, ölənlər arasında polis əməkdaşı da var.

Naxçıvan televiziyası “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.

Onun sözlərinə görə, hazırda 16 nəfərin, o cümlədən Dövlət Fövqəladə Hallar Xidmətinin (DFHX) əməkdaşının öldüyü məlumdur. “Təəssüf ki, Milli Polisin şəxsi heyəti arasında da itkilərimiz var. Güclü, qorxmaz döyüşçülər idilər”, - o deyib.

Ukrayna DİN başçısı qeyd edib ki, xilasedicilər zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerinə gedərkən şəhərə yenidən raket zərbələri endirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM