satellite   Azerspace-1: 11135 H 30000

ABŞ husilərin gəmi əleyhinə üç ballistik raket atdığını bildirib

ABŞ husilərin gəmi əleyhinə üç ballistik raket atdığını bildirib

“Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıblar.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Martın 15-də, Səna vaxtı ilə təxminən saat 20:30-dan 22:50-dək İranın dəstəklədiyi husi üsyançıları Yəmənin nəzarətində olan ərazilərdən Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıblar”, - komandanlığın “X”də yayımlanan bəyanatında deyilir.

Eyni zamanda, komandanlıq husilərin son hücumu nəticəsində nə ABŞ-nin qüvvələrinə, nə də ticarət gəmilərinə ziyan dəydiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM