Ərdoğan: Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır

Ərdoğan: Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır

Türkiyə terrorla mübarizədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq nizamın üz-üzə qaldığı ciddi problemlərə qarşı səsini çıxaran ölkələrdən biri də Türkiyədir:

"Türkiyə güclünün haqlı deyil, haqlının güclü olduğu, bununla yanaşı, sülh, təhlükəsizlik, rifah yaradan beynəlxalq sistemin inşası üçün çalışır. Məqsədimiz regionda və ondan kənarda sülhü təsis etməkdir. Onminlərlə vətəndaşını terrora qurban vermiş Türkiyə terrorun qanlı üzünü çox yaxşı tanıyır. 40 ildir terrorla mübarizə aparırıq və aparmağa da davam edəcəyik. Bu çərçivədə ŞƏT-lə dialoqu gücləndirməyə hazırıq".

Prezident Türkiyənin milyonlarla qaçqına qucaq açmasına da diqqət çəkib:

"Türkiyə olaraq müvəqqəti mühafizə altındakı suriyalılar da daxil olmaqla, 4 milyondan çox insana qucaq açmışıq. Humanitar yardım bu kimi sözügedən problemlərlə mübarizədə böyük rol oynayır".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM