satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən deputat saxlanılıb

Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən deputat saxlanılıb

Qırğızıstanda kütləvi iğtişaşların təşkilinə və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən “Ata-Yurt Qırğızıstan” fraksiyasından olan deputat saxlanılıb.

Naxçıvan televiziyası Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, N.J.K. sosial şəbəkələrdə qanunsuz fəaliyyətlərə çağırıb: “O, vaxtaşırı təxribat xarakterli materiallar, o cümlədən kütləvi iğtişaşların təşkili və hökumətin devrilməsi ilə bağlı çağırışlar dərc edib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar” maddəsi ilə iş başlanıb, araşdırma aparılır”.

KİV yazır ki, bu şəxs deputat Janarbek Nadırbekovdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM