satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın qərbində rekord istilər qeydə alınıb

ABŞ-ın qərbində rekord istilər qeydə alınıb

ABŞ-ın qərbindəki bir sıra bölgələrdə anomal istilər hökm sürür. Las-Veqasda (Nevada) rekord temperatur qeydə alınıb, qonşu Kaliforniyada isə bir nəfər istidən ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABC News telekanalı yerli meteorologiya xidmətinə istinadla məlumat yayıb.

Meteoroloji xidmətinin məlumatına görə, Las-Veqasda bazar günü havanın temperaturu 48,9 dərəcəyə qədər yüksəlib və meteoroloji müşahidələr tarixində ən isti hava qeydə alınıb. Əvvəlki rekord 2017-ci ildə 47,2 dərəcə olub.

Nevada ştatının qonşuluğunda yerləşən Kaliforniyanın Ölüm Vadisində isə termometrlər 53,9 dərəcəni göstərib. Orada istidən bir nəfər ölüb, digəri isə xəstəxanaya yerləşdirilib

Bölgədə ekstremal isti hava şəraitinin ən azı iyulun 11-dək davam edəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM