satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Xarici Kəşfiyyat Xidməti: Vaşinqton Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək

Rusiya Xarici Kəşfiyyat Xidməti: Vaşinqton Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək

Vaşinqton oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə görə Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.

Məlumatda qeyd edilib ki, Ağ Ev artıq hakim “Gürcü arzusu” partiyasını gözdən salmaq üçün kampaniya hazırlayıb.

"Əsas rolu Amerika mediasına müsahibə verən Gürcüstan Prezidenti Salome Zurabişvili oynayacq. O, hökuməti Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları “alçaltmaqda” günahlandıracaq. O, həmçinin "Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri" barədə xəbərdarlıq edəcək", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM