satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan və Orban ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər

Ərdoğan və Orban ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər

ABŞ-ın Vaşinqton şəhərində keçirilən NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi xəbər yayıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında ikitərəfli münasibətləri, Türkiyənin Aİ-yə daxil olmasını, həmçinin regional və qlobal problemləri müzakirə ediblər.

Görüş zamanı prezident Ərdoğan bildirib ki, Türkiyə tərəfi Rusiya-Ukrayna müharibəsinə və İsrailin Qəzza zolağına hücumlarına son qoymaq üçün sülh səylərini davam etdirir.

Bu bölgələrdə sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyət tərəfindən səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Türkiyə lideri onu da qeyd edib ki, Ankara Macarıstanın sədrliyi dövründə Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinə və Aİ ilə əlaqələrin inkişafına dəstək ümid edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM