satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb

Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb

Ermənistan İstintaq Komitəsinin sabiq sədri Arqişti Karamyan hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ovik Ağazaryanın oğlunun adı keçən iş üzrə Antikorrupsiya Komitəsinə dindirilməyə çağırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

A.Karamyan bildirib ki, O.Ağazaryanın oğlu qanundakı boşluqdan istifadə edərək ölkəyə çoxlu sayda avtomobil gətirib, sonra isə onları ixrac edərək dövlət büdcəsindən ƏDV-nin geri qaytarılmasına nail olub. A.Karamyan qeyd edib ki, bu iş çərçivəsində hüquq-mühafizə orqanları deputatın oğlunun avtomobilinə həbs qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM