satellite   Azerspace-1: 11135 H 30000

Kanada Ukraynanı dəstəkləmək üçün artıq 13,6 milyard dollar xərcləyib

Kanada Ukraynanı dəstəkləmək üçün artıq 13,6 milyard dollar xərcləyib

Kanada hökuməti 2022-ci ildən bəri Ukraynaya dəstək üçün artıq 19 milyard dollar (13,6 milyard ABŞ dolları) ayırıb.

Naxçıvan televiziyası Kanada KİV-ə istinadən xəbər verib ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo Monrealda keçirilən NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında bildirib.

“Hazırkı münaqişənin başlanğıcından bəri hərbi xərclərə 4,5 milyard Kanada dolları (3,2 milyard ABŞ dolları) xərcləyərək Ukraynaya dəstəyimizi artırmışıq. Ümumilikdə isə Ukraynaya dəstək üçün artıq 19 milyard dollar (13,6 milyard ABŞ dolları) ayırmışıq”, - o deyib.

Kiyevin ehtiyacları üçün son hərbi xərclərdən danışarkən Trüdo xatırladıb ki, Ottava “F-16” qırıcılarını idarə etmək üzrə ukraynalı pilotların təlimini maliyyələşdirib, həmçinin Ukrayana tərəfinə NASAMS zenit-raket kompleksi verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM