satellite   Azerspace-1: 11135 H 30000

Üç ölkə Suriyadakı vəziyyətlə bağlı razılığa gəlib

Üç ölkə Suriyadakı vəziyyətlə bağlı razılığa gəlib

İraq, İran və Suriyanın xarici işlər nazirləri Suriya məsələsinin sülh yolu ilə həllinə nail olmaq üçün regional və beynəlxalq səylərin səfərbər edilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə nazirlər Fuad Hüseyn, Abbas Əraqçi və Bassam Sabbaqın Suriyada vəziyyətin pisləşməsi ilə bağlı Bağdadda keçirilmiş üçtərəfli görüşdən sonra yaydıqları birgə bəyanatda deyilir.

İraq Xarici İşlər Nazirliyinin dərc etdiyi mətndə qeyd olunub ki, regionun, xüsusən də Suriyanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün ərəb ölkələrinin, eləcə də regional və beynəlxalq ölkələrin səylərini səfərbər etmək lazımdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM