satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ona çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.

“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və on nəfər ölüb”, – məlumatda qeyd olunub.

Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.

Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM