satellite   Azerspace-1: 11135 H 30000

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb.

Naxçıvan televiziyası bu barədə Dövlət Departamentinin bəyanatına istinadən xəbər verir.

"Suriyada vəziyyət qeyri-sabit və qeyri-müəyyən olaraq qalır, ölkə ərazisində silahlı qruplar arasında aktiv toqquşmalar davam edir", - bəyanatda qeyd olunub.

Qurum, həmçinin Suriyada qalmaq qərarına gələn vətəndaşlarını fövqəladə hallar üçün fəaliyyət planı düşünməli olduqları barədə xəbərdar edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM