satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiyanın Suriyadakı hərbi mövcudluğu barədə danışmaq hələ tezdir

Peskov: Rusiyanın Suriyadakı hərbi mövcudluğu barədə danışmaq hələ tezdir

Rusiyanın Hmeymim və Tartusdakı bazalarının saxlanılması barədə danışmaq hələ tezdir.

Naxçıvan televiziyası Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Suriyada baş verənlər bütün dünyanı, o cümlədən Rusiyanı təəccübləndirib. Orada vəziyyət hələ qeyri-sabitdir, transformasiya dövrü gedir. Rusiya hökuməti Suriyada hərbi bazaların təhlükəsizliyini təmin edə biləcək şəxslərlə əlaqə yaratmaq üçün bütün lazımi tədbirləri görür", - o qeyd edib.

D.Peskov həmçinin bildirib ki, Suriyanı tərk edən Bəşər Əsəd və ailəsinə siyasi sığınacağın verilməsi barədə qərarı Prezident Vladimir Putin qəbul edib.

"Əlbəttə ki, belə qərarlar dövlət başçısı olmadan qəbul edilə bilməz. Bu onun qərarıdır", - Kremlin nümayəndəsi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM