Suriyanı tərk etmiş ölkə prezidenti Bəşər Əsəd İrandan kömək istəməyib.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telemüsahibədən sitat gətirir.
"O bizdən heç vaxt kömək istəməyib", - nazir deyib. Nazir qeyd edib ki, İranın Suriyada mövcudluğu "İslam Dövləti"nə qarşı mübarizəyə yönəlib.
A.Əraqçinin sözlərinə görə, Suriyada hadisələrin sürətlə inkişaf etməsi Tehranda təəccübə səbəb olub: "Şübhəsiz ki, hadisələrin inkişaf sürəti və Suriya ordusunun hər hansı bir addım atmağa qadir olmaması təəccüb doğurur".
İranlı nazir qeyd edib ki, Suriyadakı vəziyyətin mövcud inkişafı Tehranın İsrailə qarşı mübarizə üçün birlikdə “Müqavimət oxu” adlı alyansı formalaşdırdığı Dəməşqlə əlaqələrə təsir edəcək.
"Təbii ki, müqavimət cəbhəsi zərər çəkəcək", - o bildirib. Bununla belə, XİN başçısı hesab edir ki, müəyyən məhdudiyyətlərə baxmayaraq, müqavimət davam edəcək.