satellite   Azerspace-1: 11135 H 30000

İran XİN başçısı: Astana formatının gələcəyi Suriyadakı hadisələrin inkişafından asılıdır

İran XİN başçısı: Astana formatının gələcəyi Suriyadakı hadisələrin inkişafından asılıdır

Suriyadakı vəziyyət Suriya nizamlanması üzrə Astana formatı (Rusiya, İran və Türkiyənin iştirakı ilə) çərçivəsində növbəti addımları müəyyən edəcək.

Naxçıvan televiziyası İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Suriyada vəziyyətlə bağlı İran parlamentariləri ilə görüş barədə danışarkən o qeyd edib ki, Astana formatının gələcəkdə davam etdirilməsi Suriyadakı hadisələrdən və zəmanətçi ölkələrin qərarlarından asılı olacaq", - agentlik bildirib.

Suriya müxalifət qruplarının Astana formatı çərçivəsində növbəti görüşlərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala A.Əraqçi cavab verib ki, bu formata yalnız İran, Rusiya və Türkiyə daxildir. Suriya hökuməti və ərəb ölkələri heç vaxt bu danışıqlarda iştirak etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM