satellite   Azerspace-1: 11135 H 30000

Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək

Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək

Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqda bu ölkədəki Rusiya bazalarının ləğvi ilə bağlı məsələlər qaldıracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın 27 ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə deyib.

O bildirib ki, məsələ müxtəlif səviyyələrdə görüşlər zamanı müzakirə ediləcək.

Kallasın sözlərinə görə, mövzu dünənki görüş zamanı da müzakirə olunub: "Bir sıra avropalı nazirlər bildirdilər ki, Suriyanın yeni rəhbərliyi ilə dialoq üçün Rusiya təsirindən imtina şərt olmalıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM