satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcək

ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq edəcək

ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək ranqlı məmurlar və parlament üzvləri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.

"Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - deyə Miller bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM