satellite   Azerspace-1: 11135 H 30000

Meksikada təyyarə qəzasında azı 7 nəfər ölüb

Meksikada təyyarə qəzasında azı 7 nəfər ölüb

Meksikanın qərbində kiçik şəxsi təyyarənin qəzaya uğraması nəticəsində azı 7 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xalisko ştatının mülki müdafiə xidməti məlumat yayıb.

Qeyd olunub ki, bazar günü günortadan sonra Miçoakan ştatının La-Parota şəhərindən havaya qalxan “Cessna 207” təyyarəsi ucqar meşəlik əraziyə düşüb.

Hadisə yerinə gələn polis 7 cəsədin tapılması barədə məlumat verib. Ölənlərin şəxsiyyəti müəyyən edilməyib. Hadisənin baş vermə səbəbi araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM