satellite   Azerspace-1: 11135 H 30000

Rostov vilayətinin aerodromuna dron hücumu olub

Rostov vilayətinin aerodromuna dron hücumu olub

Rusiyanın Rostov vilayətindəki Millerovo rayonuna dron hücumu olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə regionun qubernator əvəzi Yuri Slüsar teleqramda bildirib.

“Axşam saat doqquzdan Rostov vilayətində HHM qüvvələri və vasitələri düşmənin hava hücumunu dəf edir. Hazırda Millerovo ərazisində artıq 8 PUA vurulub. Operativ məlumatlara görə, xəsarət alan yoxdur, yerdəki nəticələr haqqında məlumat dəqiqləşdirilir”, – o qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə region səmasında cəmi doqquz dronun vurulduğunu dəqiqləşdirib.

Yerli teleqram kanallar şahidlərə istinadən atəş nəticəsində Millerovo şəhərinin küçələrindən birində yanğın başladığını yazıb. Millerovo Kazak Kadet Peşə Texnikumunun binası da zərər görüb. Tələbələr yataqxanalardan təxliyə edilib. Atəş səbəbindən Taqanroq və Rostov şəhərlərində hava həyəcanı siqnalları işə salınıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko Millerovo aerodromunun Rusiya üçün strateji əhəmiyyətini vurğulayıb: “Millerovo aerodromunda diskoteka. Rusiya üçün Rostov vilayətində strateji aerodrom. Ukraynanın şərq və cənubunda fəaliyyət göstərən Rusiya piyadalarını dəstəkləyən ön cəbhə aviasiyası üçün baza rolunu oynayır”, – o bildirib.

Digər yerli teleqram kanalı Morozovskdakı hərbi aerodromun da zərbə aldığını bildirsə də, bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM