satellite   Azerspace-1: 11135 H 30000

İranda dizel bahalaşıb

İranda dizel bahalaşıb

İranda dizel yanacağının qiyməti qalxıb.

Naxçıvan televiziyası “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bildirib.

Onun sözlərinə görə, bu ilin yayında azad satışda olan dizel yanacağının hər litri 12 min tümən (0, 48 manat) idisə, hazırda 17 min tümənə (0,68 manata) çatıb.

Başqa bir məlumata əsasən, İranın Hörmüzqan əyalətində ötən gün yanacaq daşıyan avtomobil hakimiyyətin güc strukturlarının əməkdaşları tərəfindən atəşə tutulub. Hadisə Minab şəhərində baş verib.

Qeyd edək ki, İranın bölgələrində işsiz insanlar ailələrini dolandırmaq üçün yanacaq qaçaqmalçılığı ilə də məşğul olurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM