KİV: Fransanın yeni hökuməti tərkibinə görə uzun müddət işləyə bilməz

KİV: Fransanın yeni hökuməti tərkibinə görə uzun müddət işləyə bilməz

Fransanın yeni hökuməti tərkibinin ideoloji nöqteyi-nəzərdən əvvəlki kabinetə bənzəməsi səbəbindən uzun müddət işləyə bilməz.

NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni “Politico” nəşri verib.

Məqalədə qeyd olunur ki, Fransanın "siyasi iflic" vəziyyətində olduğunu, eləcə də ifrat sağçı və solçu qüvvələrin birləşmə ehtimalını nəzərə alaraq, yeni kabinet əvvəlki kimi kövrək görünür.

Qəzet yazır ki, Fransanın yeni rəhbərliyinin təyin olunduqdan üç ay sonra etimadsızlıq votumu alan əvvəlki hökumətlə müqayisədə daha uzun müddət davam gətirəcəyinə zəmanət yoxdur. Nəşr kabinetin yeni tərkibinin respublikanın keçmiş baş naziri Mişel Barnyenin hökumətinə çox bənzəməsini əsas problem hesab edir. Belə ki, vəzifələrə əsasən mərkəzçi və mühafizəkar siyasətçilər təyin edilib.

“Politico”nun qiymətləndirməsinə görə, Fransanın baş naziri Fransua Bayru daha geniş siyasi bazaya əsaslanmadığı üçün ilk böyük sınağında uğursuzluğa düçar olub.

Nəşr qeyd edir ki, Fransadakı siyasi vəziyyət getdikcə populyarlığını itirən və idarəolunmaz xarakter almağa başlayan ölkəyə rəhbərlik edən prezident Emmanuel Makron üçün böyük problemlər yaradır. Bu isə Avropa İttifaqını da narahat edir, çünki ənənəvi olaraq bloku irəli aparan ikinci ən böyük iqtisadiyyat faktiki olaraq durğun vəziyyətə düşüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM