Brüssel bəzi Avropa ölkələri liderlərinin Moskva ilə yaxınlaşmasından, xüsusən Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiyaya səfərindən narahatdır.
NUHÇIXAN xəbər verir ki, “El Pais” qəzeti bu barədə Avropadakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri, bəzi Rusiya yönümlü avroskeptik partiyaların təbliğatı, həmçinin Rumıniyada keçirilən seçkilərin nəticələri və bütün bunların Donald Trampın ABŞ prezidenti seçilməsi fonunda baş verməsi Avropa İttifaqının ciddi narahatlığına səbəb olub.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli üçün diplomatik dialoq başlayanda Avropa İttifaqında Rusiya ilə münasibətlərin bərpasının lehinə çıxış edənlərin də sayı çoxalacaq. Hazırda Kiyevə yardımı sual altına alan və müharibənin tez bir zamanda başa çatmasına çağırış edənlərin sayı artmaqdadır.