Ukrayna BVF-dən 1,1 milyard dollar alıb

Ukrayna BVF-dən 1,1 milyard dollar alıb

Ukrayna kritik dövlət büdcəsi xərclərini maliyyələşdirmək üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün sosial media hesabında yazıb.

Ukraynanın Maliyyə Nazirliyi həmin vəsaitin dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində verildiyini təsdiqləyib. EFF fəaliyyətə başlayandan bəri Ukraynaya proqramda nəzərdə tutulan 15,6 milyard dollardan təxminən 9,8 milyard dollar verilib.

Maliyyə Nazirliyi, həmçinin Kiyevin 2025-ci ildə də EFF çərçivəsində 2,7 milyard dollara qədər vəsait ala biləcəyini də qeyd edib. Lakin Kiyev BVF ilə gələcək əməkdaşlıq üçün dövlət maliyyəsi, maliyyə sektoru, pul və məzənnə siyasəti, dövlət idarəçiliyi, korrupsiya ilə mübarizə və enerji sektoru kimi sahələri əhatə edən struktur islahatlarını davam etdirməlidir.

Qeyd edək ki, EFF proqramı Beynəlxalq Valyuta Fondu tərəfindən 2023-cü il martın 31-də təsdiqlənib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM