satellite   Azerspace-1: 11135 H 30000

Somalidə terrorçular hərbi bazaya hücum edib

Somalidə terrorçular hərbi bazaya hücum edib

"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Reuters” hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terrorçular avtomobil və motosikletlərdən istifadə edərək partlayıcı qurğular tətbiq ediblər.

"İŞİD döyüşçüləri minalanmış avtomobil və motosikletlərdən istifadə edərək bizə hücum etdilər. Döyüşlər hələ də davam edir", - Puntlandın hərbi nümayəndəsi Mohamud Fadiqo agentliyə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM