satellite   Azerspace-1: 11135 H 30000

Belçika Ukraynaya F-16 təyyarələrinin tədarükünü təxirə salıb

Belçika Ukraynaya F-16 təyyarələrinin tədarükünü təxirə salıb

Brüssel F-35 təyyarələrinin Belçikaya çatdırılmasında gecikmə səbəbindən Ukraynaya F-16 qırıcılarının tədarükünü azı bir il təxirə salıb.

Naxçıvan televiziyası xəbər verir ki, Belçika ordusunun Baş qərargah rəisi, Hərbi Hava Qüvvələrinin generalı Frederik Vansina bunu “Soir” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Belçikaya F-35 təyyarələri yalnız 2025-ci ilin sonunadək tədarük olunacaq.

2024-cü il dekabrın 18-də Belçikanın F-16 qırıcılarını vəd etdiyi vaxtda Ukraynaya çatdıra bilməyəcəyi məlum olub. Ölkənin müdafiə naziri Lüdvin Dedonder bunu təlim keçmiş ukraynalı pilotların olmaması və ehtiyat hissələrinin çatışmazlığı ilə əlaqələndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM