Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib.
Bu barədə NTV "İnterfaks"a istinadən xəbər verib.
Qərar aprelin 17-də parlamentin iclasında qəbul edilib. Qərar layihəsinin təşəbbüskarı hakim "Fəaliyyət və Həmrəylik" Partiyası (PAS) olub.
"57 deputat parlament seçkilərinin sentyabrın 28-də keçirilməsinin lehinə səs verib. Bu seçim həqiqətən həlledici əhəmiyyətə malikdir", - parlamentin spikeri və PAS-ın sədri İqor Qrosu səsvermənin nəticələrinə əsasən bildirib.
Kommunistlər və sosialistlər blokundan olan deputatlar buna qarşı çıxıblar və seçkilərin iyulun 27-də, yəni qanunvericiliklə nəzərdə tutulmuş ilk mümkün tarixdə keçirilməsində israr ediblər.
Moldovada əvvəlki parlament seçkiləri 2021-ci il iyulun 11-də keçirilib.