satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər

Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər

Ermənistan və Böyük Britaniya iki ölkə arasında əməkdaşlığın inkişafı üçün hərbi attaşelər təyin edə bilər.

NTV  Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ Berlində Ermənistanın müdafiə naziri Suren Papikyan ilə Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı Ermənistan və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri və onların inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

qeyd edək ki, S.Papikyan Berlində işgüzar səfərdədir. O, bu gün BMT-nin sülhməramlı məsələlərə dair nazirlər görüşünün rəsmi açılış mərasimində iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM