satellite   Azerspace-1: 11135 H 30000

Avstriyada üçgünlük milli matəm elan ediləcək - YENİLƏNİB 3

Avstriyada üçgünlük milli matəm elan ediləcək<font color='red'> - YENİLƏNİB 3 </font>

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan ediləcək.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, Avstriyada məktəbdə baş verən atışmadan sonra 11 nəfər ölüb, 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.

"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - “Kronen Zeitung” qəzetinin məlumatında bildirilib.

Dəqiqləşdirilmiş məlumata görə, hadisəni törətdiyi ehtimal olunan cinayətkar da daxil olmaqla 10 nəfər ölüb. Məktəbin keçmiş şagirdi olan 21 yaşlı həmin şəxs intihar edib.

14:49

Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə 11 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “AUF1” portalı yazıb.

13:34

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

Şübhəli şəxs ölü vəziyyətdə tapılıb.

13:04

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub.

NTV-nin məlumatına görə, bu barədə "Kronen Zeitung" qəzeti yazıb.

Hücum edən şəxs zərərsizləşdirilib.

Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qurtuluşdan başlanan yol

13:59 15.06.2025

Sözün Arifi 101 yaşında

12:42 15.06.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM